Azərbaycanın neft-qaz sektoruna sərmayələrin həcmi artıb – FOTO

234

2020-ci ilin yanvar-oktyabr ayları ərzində mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində əmtəəlik xam neft hasilatı 28,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 21,4 milyard kubmetri təşkil edib.

Cari dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb və 4 milyard 781,8 milyon manat təşkil edib.

2020-ci ilin yanvar-sentyabr aylarında ixrac edilən xam neftin dəyəri 7 milyard 158,1 milyon dollar, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 891,6 milyon dollar həcmində olub.

Nigar Məmmədova