Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək

240

Türkiyədən Çinə hərəkət edən və ixrac məhsulları daşıyan ilk yük qatarı İstanbuldan yola çıxıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Dövlət Dəmir Yolları İdarəsi bildirib.

Qatarın yola salınması mərasimində ölkənin nəqliyyat və infrastruktur nazirir Adil Karaismailoğlu iştirak edib.

Qeyd olunur ki, həmin yük Bakı Beynəlxalq Dəniz Ticarət Limanından keçərək Qazaxıstana hərəkət edəcək.

Türkiyədən Çinədək marşrutun ümumi uzunluğu 8 693 kilometr, daşıma müddəti 12 gün təşkil edir.