“DP World” şirkəti koronavirus əleyhinə olan peyvəndi pulsuz çatdırmağa hazırdır

253

“DP World” şirkətinə məxsus olan “P&O Ferries” bərə və logistika şirkəti, Covid-19 əleyhinə olan peyvəndi Böyük Britaniyaya pulsuz çatdırmağa hazır olduğunu bildirib.

“Seanews.az” xəbər verir ki,  Böyük Britaniya ABŞ-ın və Almaniyanın birgə hazırladığı peyvəndi dəstəkləyən ilk ölkələrdən olub. Böyük Britaniya hökuməti artıq 40 milyon peyvənd sifariş verib. Peyvəndin birinci hissəsi növbəti həftə ərzində ölkədə paylanacaq.

Peyvəndi hazır edən şirkətlər peyvəndi qeydiyyata almaq üçün ABŞ-ın və Avropanın müvafiq qurumlarına müraciət ediblər.

42 min nəfərin iştirakı ilə keçirilən tədqiqatın üç mərhələsindən sonra aparılan ilkin analiz, 11 ay ərzində hazırlanmış peyvəndin effektivliyinin 95% olduğunu göstərib.