ASCO-nun 2020-ci ilin III rübü üzrə təhlükəsizlik və ekologiya hesabatı açıqlanıb

227

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2020-ci ilin üçüncü rübü üzrə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi haqqında hesabatı açıqlanıb.

Hesabatda rüb ərzində təhlükəsizlik xəbərləri, təhlükəsizlik videoları, baş vermiş qəza və hadisələr, tibbi hesabat, KSƏTƏMM statistikası, xarici və daxili auditlər, monitorinqlər, əməyin mühafizəsi,  yanğın təhlükəsizliyi, ekologiya üzrə ümumi nöqsanlar, ətraf mühitin mühafizəsi üzrə məlumatlar, I,  II rüblər  üzrə çatışmazlıqların müqayisəsi, III rübdə Təhlükəsizliyin Keyfiyyət idarəetmə sisteminə edilmiş dəyişikliklər, hazırlanmış Təhlükəsizlik bülletenləri, SƏTƏMM üzrə keçirilmiş təlimlər və sair kimi məsələlər haqqında ətraflı məlumat yer alıb.

Qeyd olunub ki, 2020-ci ilin III rübü ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatların miqdarı 3,042,570 saat təşkil edib.

Hesabatda koronovariusla əlaqədar tətbiq olunan karanatin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub.

Təhlükəsizlik hesabatında qarşıdakı hədəflər barədə də geniş məlumat verilib.

Hesabatda bildirilib ki, III rüb ərzində əmək fəaliyyəti zamanı bütün SƏTƏMM qaydalarına əməl edən Zığ “Gəmi Təmiri və Tikintisi Zavodunun Mexaniki Təmir Bölməsinin  takelajçısı Samid Məmmədova mükafat kartı təqdim olunub.

Mənbə:https://asco.az/