Azərbaycanın 2021-ci ildə neft hasilatı ilə bağlı proqnoz açıqlandı

276

Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnozu yenilənib.

Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, dekabr ayının cari proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcmi orta hesabla 720 min barel olacağı proqnozlaşdırılır.

Noyabr ayının proqnozuna əsasən, neft və kondensat hasilatının proqnozu 730 min barel olub. Yeni proqnozda göstərici 10 min barel azaldılıb.   

Agentliyinin hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda gündəlik neft və kondensat istehsalatı orta hesabla 700 min barel olacaq. Bununla da Azərbaycanın 2021-ci ildə hasilatı artıracağı gözlənilir.