ASCO-da koronavirusla mübarizə çərçivəsində profilaktik tədbirlər davam etdirilir

236

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Şahdağ”, “Bərdə”, “Qəhrəman Hacıyev”, “PSK-48”, “Mərdəkan”, “BMK-1058”, “BMK-7671”, “Usuqçay”, “Bakinskaya-5”, “Bakinskaya-6”, “Orion-18”, “PSK-31”, “PSK-45”, “Nerça”, “Naftalan”, “BMK-7220”, “BMK-7671”, “General Əsədov”, “Zərdab-3”, “Andoqa”, “BMK-4211”, “Şirvan-3”, “BMK-1058”, “Dənizçi” MTK-nın yeni yaşayış binalarında, Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının yeməkxanalarında, Xəzər Dəniz Neft Donanması və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında  aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

seanews.az