OPEC Azərbaycan üzrə maye karbohidrogen hasilatı proqnozunu yenilədi

224

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada orta hesabla dəyişməz qalaraq 700 min barel təşkil edib.

“Report” OPEC-in dekabr ayı üzrə hesabatına istinadən bildirir ki, Azərbaycanda 2020-ci ildə maye karbohidrogen istehsalı 60 min barel azalaraq 730 min barelə çatacağı proqnozlaşdırılır.

2021-ci ildə isə maye karbohidrogen hasilatı 10 min barel artaraq 740 min barel təşkil edəcəyi gözlənilir.

Bu ilin II rübündə Azərbaycan maye karbohidrogen hasilatını I rüblə müqayisədə 60 min barel azaldaraq 730 min barelə, III rübündə isə daha 40 min barel azaldaraq 690 min barelə endirib. Bu ilin IV rübündə isə 10 min barel artaraq 700 min barelə çatdırılacağı proqnozlaşdırılır.

Xam neftin hasilatı avqust-noyabr aylarında sutkada orta hesabla 590 min barel təşkil edib.