Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı Çinlə sərhədə çatıb

365

Dekabrın 4-də İstanbuldan çıxan, dekabrın 10-da Bakı Limanından keçərək Sian şəhərinə istiqamətlənən Türkiyənin ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıb.

Bu barədə AZƏRTAC-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Xatırladaq ki, hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan qatar İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars-Bakı-Aktau-Almata-Korqos-Sian xətti üzrə 8693 kilometr yolu 12 günə qət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır