Trans-Adriatik Boru Kəmərinə ilk təbii qaz verilib

238

Trans-Adriatik Boru (TAP) Kəmərinə ilk təbii qaz verildi.

Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz Türkiyədən Naxçıvan Muxtar Respublikası ərazisinə təbii qazın nəqlini təmin edəcək layihə ilə bağlı müqavilənin imzalanma mərasimində deyib. 

O bildirib ki, bu günə qədər TAP-a boru kəmərini doldurmaq məqsədilə 70 milyon kub metr təbii qaz axıdılıb:

“Ötən ay Cənub Qaz Dəhlizinin son halqası olan TANAP-ı Avropaya bağlayan Trans-Adriatik Boru (TAP) Kəmərinin fəaliyyətə başlamasını böyük mənnuniyyətlə qarşıladıq. Bu xəttin ən yaxın dövrdə ticarət məqsədli qaz nəqlinə başlamasını gözləyirik. Beləliklə, Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətli bir mərhələ də tamamlanmış olur”.

Nazir əlavə edib ki, Türkiyə TANAP layihəsi ilə enerji sahəsində mərkəz ölkə olmaqla bağlı missiyasını yerinə yetirməyə doğru bir addım ataraq daha da yaxınlaşdı:

“Rekord müddətdə tamamladığımız TANAP-la 30 iyun 2018-ci ildən bu günə qədər 8,1 milyard kub metr qaz nəql edilib. Eləcə də, Bakı-Tbilisi-Ərzurum xətti ilə bu günə qədər 71 milyard kub metr həcmində qaz, digər meqa layihə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bu günə qədər 3,5 milyard kubmetrdən çox xam neft nəql edilib”.