Azərbaycan Belarusa neft tədarükünü artırıb

267

2020-ci ildə Ukrayna boru kəməri ilə Avropa ölkələrinə və Belarusa neft nəqlinin tranzitini 2019-cu ilə nisbətən 1,5 % və ya 0,2 milyon ton artıraraq – 13,3 milyon tona çatdırıb

“Report” xəbər verir ki, bunu “Naftoqaz” şirkətinin neft bölməsinin rəhbəri və “Ukrtransnafta”nın baş direktoru Nikolay Qavrilenko “İnterfaks-Ukrayna”ya müsahibəsində bildirib.

“Bu il tranzit neftinin nəqli təxminən 13,3 milyon ton olacaq. Çünki, biz Belarusa 800 min tondan çox tranzit neft nəql edəcəyik. Avropaya tranzit baxımından götürsək, bu göstərici daha az olacaq, amma ümumilikdə, Belarusa tranzit daha çox olacaq”, – deyə N. Qavrilenko bildirib.

Bununla belə, N. Qavrilenko qeyd edib ki, “Ukrtransnafta”nın Belarusa 800 min ton tranzitinə əlavə olaraq, neftin qiymətlərin aşağı oduğu dövrdə şirkət tərəfindən yaz aylarında aldığı Azərbaycan neftinin “Belarus Neft Konserni” tərəfindən satışını həyata keçirilməsi nəticəsində “Yujnı-Brodı-Mozır” kəməri istiqamətində ixrac rejimində daha 80 min ton nəql edilib”.

N. Qavrilenko qeyd edib ki, dekabrda Belarus üçün daha bir tanker neft gəlib. Bununla birlikdə ildə 880 min ton neft nəql ediləcək. Bura ixrac üçün nəzərdə tutulan 80 min ton neft həcmi də daxildir.