Həştərxan yaxınlığındakı altı teploxodun hamısı buzlaqlardan çıxarılıb

218

Həştərxan yaxınlığındakı çayda buz səbəbindən  hərəkəti mümkün olmayan teploxodların hamısı xilas edilib. Ötən gecə son iki teploxod –  “Jiqulevsk-1” və “Kriuşi”də  yedək gəmisinin köməyilə buzlaqdan çıxarılıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən bildirilib.

Qeyd edək ki, çay buz bağladığı üçün 6 ədəd teploxod geriyə dönmək məcburiyyətində qalıb. 

Artıq 16 gündür ki, sözügedən ərazidə naviqasiya xidməti dayandırılıb.