​​​​​​​Türkiyədən Çinə ixrac malları aparan 2-ci qatar yola çıxıb

213

Dekabrın 20-si axşam saatlarında Türkiyədən Çinə ixrac malları aparan 2-ci qatar qonşu ölkənin İstanbul şəhərindən yola çıxıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ixrac qatarı 42 vaqon/konteynerdən ibarətdir və 1,4 min soyuducu daşıyır. Qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək.

Xatırladaq ki, Türkiyədən Çinə hərəkət edən ilk ixracat qatarı nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun qatıldığı tədbirlə 4 dekabrda İstanbuldan yola salınmış, ümumilikdə 8 min 693 kilometr məsafə, iki qitə və iki dəniz və 5 ölkəni qət edib dekabrın 19-da Çinin Sian şəhərinə çatmışdı.