ASCO-da koronavirusla mübarizə çərçivəsində dezinfeksiya işləri davam etdirilir

245

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “AkademikTopçubaşov”, “Ağdam”, “Professor Gül”, “Atlet-2”, “Mikayıl Əliyev”, “Abşeronskaya-6”, “Vasif Hüseynov”, “Xəzər-1”, “Socar-1”, “Şirvan-2”, “Məmməd Süleymanov”, “Hövsan-2”, “Neftqaz-64”, “MPK-455”, “Mikayıl Müşfiq”, “Xocavənd”, “Qarabağ”, “Məcik-1”, “Bulaq-2”, “Usuqçay”, “Abşeron-22”, “Abşeron-20”, “Abşeron-19”, “Abşeron-21”, “Abşeron-18”, “PSK-33” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında, yeməkxanasında, eləcə də Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, anbarlarında, yeməkxanasında, giriş-çıxış yerlərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

sewnews.az