ASCO-nun quru yük gəmisi Türkmənbaşıya fider daşımalarına başlayır

249

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə “ADY Konteyner” MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə “Report”a ASCO-dan bildirilib.

Müqaviləyə əsasən, ASCO-ya məxsus “Teymur Əhmədov” quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda səfər həyata keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Teymur Əhmədov” quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.