TRACECA-nın Azərbaycan hissəsində 38,4 milyon ton yük daşınıb

216

Keçən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38,4 milyon ton, yük dövriyyəsi isə 9 milyard 254,3 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 20 milyon 656,4 min tonu və ya 53,7 faizi avtomobil nəqliyyatı, 12 milyon 820,2 min tonu və ya 33,3 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 14,8 min tonu və ya 13 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,8 faizini və ya 8 milyon 382,1 min tonunu tranzit yüklər təşkil edib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır