Xəzərdə qazma qurğusunun modernləşdirilməsi aprelin əvvəlinə başa çata bilər

187

“Satti” qazma qurğusunun modernləşdirilməsinin bu il mart ayının sonunda – aprel ayının əvvəlində başa çatdırılması planlaşdırılır.

Bu barədə Trend-ə “Caspian Drilling Company” şirkətindən bildiriblər.

Bundan əvvəl, modernləşdirilmə işlərinin bu il fevralın sonunadək başa çatdırılması planlaşdırılırdı.

Qeyd edək ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

“Satti” qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.