Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişindaşıma azalıb

507

Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 438,1 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 10% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 42,2 faizini neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 766 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 753,3 min tonunu və ya 98,3%-i tranzit yüklər təşkil edib.

“2021-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 19,7 min ton olub”, – deyə məlumatda qeyd edilir.

Bildirilib ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin yanvar ayına nisbətən 27,8% azalaraq 1,3 min nəfər olub.