İran və Yaponiya Urmiya gölünün bərpası üçün daha 3 il əməkdaşlıq edəcək

231

İran və Yaponiya Urmiya gölünün qorunması üçün daha 3 illik müştərək  əməkdaşlıq sazişi imzalayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, sənədə əsasən İran və Yaponiya 7 illik əməkdaşlığın davamı olaraq Urmiya gölünün bərpası üçün görülən işlərin möhkəmləndirilməsi məqsədi ilə daha 3 il əməkdaşlıq edəcək.

Qeyd edək ki, 2014-cü ildən Yaponiya mütəxəssisləri Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi işlər görür. Yeni imzalanmış 3 illik müştərək əməkdaşlıq çərçivəsində yaponiyalı mütəxəssislər İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Fars və Xuzistan əyalətlərindəki göllərin qorunub saxlanılması üçün də işlər görəcək.