Barens dənizində gəmi qəzaya uğrayıb

209

“Polaris” adlı balıqçı gəmisi Barens dənizində qəzaya uğrayıb.

“Seanews.az” xəbər verir ki, Murmansk vilayəti ərazisində üzən gəminin mühərriki sıradan çıxıb.

On nəfərdən ibarət heyətə malik gəmidə xəsarət alan olmayıb. Hadisə yerinə kömək üçün gələn yedək gəmisi “Polaris” gəmisini yaxınlıqdakı limana aparıb.