Yeni Zelandiyada 50-yə yaxın delfin sahilə atılıb

279

Yeni Zelandiyanın Qolden Bey buxtasında azı 49 qara delfin dalğalar tərəfindən sahilə atılıb, onlardan 9-u ölüb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Bildirilir ki, 40 delfinin sağ qalıb. Heyvanlara qabarma zamanı onları yenidən suya salmaq niyyətində olan, təxminən, 65 könüllü yardım edir.

Ümumiyyətlə, balinalar və delfinlər tez-tez sahilə atılırlar. Adətən, bir delfin sahilə atılırsa, başqaları ona kömək etməyə çalışırlar.