Siyəzəndə 40-a yaxın kiçikhəcmli gəmi texniki baxışdan keçib

232

Fevralın 22-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Siyəzən rayonun Böyük Həmyə kəndi ərazisində 40-a yaxın kiçikhəcmli gəmiyə texniki baxış keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baxış zamanı gəmilərin texniki sənədləri, gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələbləri və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılıb.

Şimal rayonlarından texniki baxış üçün ümumilikdə 37 müraciət daxil olunub.

Yoxlanışdan keçən kiçikhəcmli gəmilərin sahiblərinə texniki baxış aktı təqdim olunub.

Yoxlanış cari ildə kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq digər regionlarda davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır