Türkiyədə “U-Type” layihəli ikinci gəmi suya salınıb

215

Türkiyədə “U-Type” layihəli “Ella” adlı ikinci gəmi suya salınıb.

“Seanews.az” xəbər verir ki, yeni gəmi “SeaEnergy” gəmiçilik şirkəti üçün inşa edilib.

“U-Type” Volqa-Don-Maks marşrutu üzrə çay-dəniz daşımaları üçün nəzərdə tutulmuş çoxfunksiyalı gəmiqayırma layihəsidir.  Bu layihəyə aid gəmilərin tutumu digərlərinə nisbətən daha çox, yanacaq sərfiyyatı isə 20% azdır. 

Bu layihəyə aid inşa edilmiş “Kamilla” adlı birinci gəmi artıq istismardadır.