“Dəniz” qəzetinin növbəti sayı işıq üzü görüb

275

“Dəniz” qəzetinin növbəti – fevral 2021-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda xalqımızın 29 il əvvəl  məruz qaldığı, amansızlığına görə Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımıları ilə  müqayisə olunan Xocalı faciəsindən,  Azərbaycan ilə Türkiyənin nəqliyyat və rabitə sahəsində tədqiqat və inkişaf üzrə əməkdaşlıq memorandumu imzalamasından, nəqliyyat sahəsinə diqqətin regionun əsas tranzit və logistika mərkəzi olan Azərbaycanın mövqeyini ildən-ilə möhkəmləndirməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasında2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını müvəffəqiyyətlə başa vuran tələbələrə təqaüdlərin təyin olunmasından,öz boyuna biçilmiş həyat yaşayan və buna görə özünü xoşbəxt sayan ASCO-nun veteran dənizçisi Şahid Orucovun həyata baxışlarından,   “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində həyata keçirilən işlərdən,ASCO-nun tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlamasından,Çin-Azərbaycan istiqamətində bu ilin ilk konteyner blok qatarının Bakıya çatmasından, Avrasiya üçün həlledici strateji tranzit layihəsi olan Lapis-Lazuli dəhlizinin regional əməkdaşlığı gücləndirəcəyindən, koronavirus pandemiyasının dünyadakı sosial qeyri-bərabərliyi daha da dərinləşdirməsindən, ASCO-da koronavirusla mübarizə çərçivəsində profilaktik tədbirlərin davam etdirilməsindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.