CADMATİC şirkəti ASCO-nun Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutuna sertifikat verib

337

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutuna CADMATİC proqramından uğurlu istifadəyə görə CADMATİC şirkəti tərəfindən sertifikat verilib.

İstənilən mürəkkəbliyə malik gəmilərin layihələndirilməsi və tikintisi üçün ixtisaslaşmış vasitə sayılan  CADMATİC proqram təminatından ASCO-nun Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda artıq 4 ildir ki, istifadə olunur.

Proqram təminatı İnstitutun işinin keyfiyyətini artırır, gəminin tikilməsi üçün tələb olunan texniki sənədləri sürətli hazırlamağa imkan verir.  Bundan başqa, CADMATİC proqram təminatı digər dizayn sistemləri ilə müqayisədə daha sürətli və dəqiqdir.

Hazırda bu proqram təminatından dünyanın 59 ölkəsində 1000-dən çox şirkət istifadə edir.