Türkiyənin ilk yerli istehsal kəşfiyyat gəmisi martda istifadəyə veriləcək

206

Türkiyənin ilk yerli istehsal “TCG UFUK” adlı kəşfiyyat gəmisi mart ayında Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin müdafiə sənayesindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2019-cu ilin fevral ayında ilk dəfə suya endirilən gəmi üzərində işlər artıq başa çatıb.

STM tərəfindən inşa edilən gəmi siqnal kəşfiyyatı (SIGNIT) üçün nəzərdə tutulub. Gəminin uzunluğu 94.4 metr, eni 14.4 metrdir.