İstanbul boğazı donacaq? – FOTO

85

Dünyada qlobal istiləşmə səbəbilə iqlim dəyişikliyinin bir çox mənfi hallara gətirib çıxaracağı müzakirə edilir.

“Sözcü” xəbər verir ki, Türkiyə Dəniz Elmləri və Texnologiyası İnstitutunun professoru Doğan Yaşar əsl təhlükənin istiləşmə deyil, əksinə qlobal buzlaşma olduğunu deyib:

“Buzlaşma quraqlıq deməkdir, qıtlıq deməkdir. Buna görə də havaların soyumasından qorxmalıyıq. 2020-ci illərə qədər qlobal istiləşmə artaraq davam edəcək. Eynən 900-cü illərdəki kimi. Amma 2022, 2023 və ya 2024-cü ildə hava getdikcə soyuyacaq. İstiləşmə ara verəcək. Bu zaman İstanbul boğazı donacaq”.

Onun sözlərinə görə, İstanbul boğazından qarşı tərəfə gəzərək keçmək mümkün olacaq.

D.Yaşar belə bir hadisənin sonuncu dəfə 1929-cu ildə baş verdiyini xatırladıb.