“Deltamarin” şirkəti yeni tip konteyner gəmisini təqdim edib

190

“Deltamarin” gəmiçilik şirkəti LNG ilə çalışan “Kielmax” adlı yeni konteyner gəmisini təqdim edib.

“Seanews.az” xəbər verir ki, yeni gəmi bir neçə növ yanacaqla çalışa bilir.

“Kielmax” gəmisinin uzunluğu 179.4, eni 31 metr, dedveyti 18.5 min ton, tutumu 2.1 min TEU, sürəti 18 uzelə bərabərdir.

Yeni gəmi müasir avadanlıqlarla təchiz olunub və burada konteynerlərin təhlükəsiz daşınması üçün vacib tədbirlər görülüb.