Kanadaya məxsus gəmidə eyni gündə iki dəfə yanğın baş verib

199

Kanadaya məxsus “Atlantic Destiny” adlı gəmidə eyni gündə iki dəfə yanğın olub.

“Seanews.az” xəbər verir ki, hadisə gəmi Halifaksdan (Yeni Şotlandiya, Kanada) 200 dəniz mili aralıda, cənub-qərb istiqamətində üzərkən baş verib.

Məlumata görə, ilk yanğının qarşısı heyət tərəfindən dərhal alınıb. Bir qədər keçdikdən sonra təkrar yanğının baş verməsi və gəmiyə su dolması barədə dispetçerlərə məlumat daxil olub.

Hadisə yerinə sahil mühafizə xidməti və helikopter göndərilib. Ərazidə fırtınalı hava şəraiti hökm sürdüyündən hadisəyə müdaxilə və heyət üzvlərini təxliyə etmək çətinləşib.

Son məlumata görə, heyəti 31 nəfərdən ibarət olan gəmidə xəsarət alan yoxdur.