Türkmənistan Rusiya üzərindən 320 min tondan çox neft ixrac edib

222

2021-ci ilin yanvar-fevral aylarının yekunlarına görə, Türkmənistan öz neftini Xəzər dənizi üzərindən daşımaqla Rusiya Federasiyası limanlarından dünya bazarına 320 min 460 ton neft ixrac edib. Bu haqda  Rusia Energetika nazirliyinin yanacaq-enerji kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat yayıb. 

İdarənin məlumatına əsasən, Rusiya ərazisindən türkmən neftinin tranziti fevral ayında 240 min 660 ton təşkil edib. 

Türkmənistan Rusiyadan tranzit neft daşımalarına görə ikinci yerdə qərarlaşıb. Tranzit neft həcmlərinə görə liderlik Qzazaxıstana məxsusdur – 2021-ci ilin yanvar-fevral aylarında 2,14 milyon ton. Bunun 1,1 milyon tonu fevral ayının payına düşüb. 

Azərbaycan da Rusiya ərazisi ilə öz neftinin bir qismini ixrac edib. SOCAR-ın məlumatına görə, bu ilin yanvarında Rusiya üzərindən ixrac qeydə alınmasa da, fevralda 85 min ton Azərbaycan nefti dünya bazarlarına Novorossiysk limanı vasitəsi ilə çıxarılıb.

Caspian Barrel