Qazaxıstan Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak edə bilər

242

Qazaxıstanın Bakıdakı səfirliyində “Qazaxıstan – Azərbaycan: əməkdaşlığın yeni imkanları” mövzusunda işgüzar görüş təşkil olunub.

Bu barədə “Report”a səfirlikdən bildirilib.

Görüş çərçivəsində iki ölkənin müasir iqtisadi prioritetləri, ticarət-iqtisadi, energetika, tranzit-nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onların post-pandemiya dövründə inkişaf perspektivləri müzakirə olunub.

Tədbirdə TRACECA-nın Baş katibi Asset Asavbayev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “Qazaxıstan Ticarət Evinin”, Qazaxıstan Respublikasında “Azərbaycan Ticarət Evinin” rəhbərliyi, iki ölkənin dövlət sektorunun, işgüzar dairələrinin və milli şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan Qazaxıstanın Səfiri Serjan Abdıkarimov ölkəsinin hökuməti tərəfindən həyata keçirilərn antiböhran tədbirləri, QR-ın vətəndaşların həyat keyfiyyətinin artırılmasına yönəlmiş ictimai-siyasi və sosial-iqtisadi modernləşmənin məzmunu, Prezident Kasım Tokayevin Qazaxıstan xalqına müraciətində qeyd olunmuş ədalətli cəmiyyətinin və effektiv dövlətinin qurulması haqqında məlumat verib. Xüsusi diqqət, kiçik və orta biznesinin dəstəkləməsi tədbirlərinə, Vergi Məcəlləsinin yenidən baxılmasına, dövlət aktivlərinin özəlləşdirilməsinə, sənaye və işgüzar aktivliyinin stimullaşdırılmasına yönəldilib. Pandemiya və karantin məhdudiyyətləri şəraitində Azərbaycanla ikitərəfli ticarət dövriyyəsinin aşağı düşməsini nəzərə alaraq, onun artırılması, hər iki ölkənin bazarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi istiqamətində bütün mövcud olan vasitələrdən istifadə olunmasının vacibliyi vurğulanıb. Səfir qeyd edib ki, Qarabağ ətrafında vəziyyətin stabilləşməsi Cənubi Qafqazın və Türkiyənin Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, iki ölkənin Xəzər liman infrastrukturun artan potensialın açılması, Qazaxıstan şirkətlərin Azərbaycanın azad olunmuş ərazilərin bərpasında iştirak etməsi üçün yeni şəraitlər yaradır.

TRACECA-nın Baş katibi Aset Asavbayev Azərbaycanın və Qazaxıstanın TRACECA müasir tranzit-nəqliyyat infrastrukturun yaradılması istiqamətində səylərini yüksək qiymətləndirib, rəqəmsal texnologiyaların tətbiqi üzrə işlərdən bəhs edib, bu da, pandemiya dövründə bu sahəyə olan cəlbediciliyini artıracaq.

İşgüzar dairələri arasında əməkdaşlıq perspektivləri haqqında danışan Kiçik və Orta Biznesinin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan sahibkarların dəstəkləməsi mexanizmləri və postpandemiya dövründə ölkədə milli və xarici biznesinin aparılmasının sadələşdirilməsinə yönələn layiəhələr haqqında söz açıb. O, vurğulayıb ki, KOB sahəsində iki ölkə arasında əməkdaşlıq Qazaxıstan və Azərbaycan bazarlarında ixrac məhsulların təşviqi, birgə investisiya layihələrin reallaşdırılması, ticarət dövriyyəsinin artırılması üçün əlavə imkanlar açır. O.Məmmədov Qazaxıstan biznesinin Azərbaycanın işğaldan azad olunan ərazilərin bərpasında iştirakın etməsinə hazır olmasını alqışlayıb.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.