İnsan alverçilərinin Cibuti sahillərində dənizə atdıqları 20 nəfər boğularaq ölüb

184

Cibutinin Obok şəhəri sahillərində qanunsuz miqrantları Yəmən sahillərinə daşıyan qayıqdan dənizə atılan 20 nəfər boğularaq ölüb.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Beynəlxalq Miqrasiya Təşkilatının Afrika və Sahil regionu üzrə nümayəndəsi Məhəmməd Abdiker jurnalistlərə müsahibəsində verib.

Təşkilatın nümayəndəsi bildirib ki, Yəmən vasitəsilə Afrika ölkələrindən Körfəz ölkələrinə yollanan 80 qanunsuz miqrant insan alverçiləri tərəfindən dənizə atılıb. Onlardan 20-sinin cəsədləri çıxarılıb. Bu, son altı ayda Afrika sahillərində baş verən üçüncü faciədir. Ümumilikdə 70 nəfər insan alverçilərinin qurbanı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır