Ötən il İstanbul boğazından keçid edən gəmilərin sayı açıqlanıb

207

Ötən il İstanbul boğazından ümumilikdə 38404 gəmi keçid edib.

“Seanews.az” xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2708 gəmi azdır. Belə ki, 2019-cu ildə Boğazdan 41112 gəmi keçib.  

Bundan başqa, Boğazdan keçən gəmilərin ümumi tonajında da ​​azalma qeydə alınıb. 2019-cu ildə 638,9 milyon gros ton olan rəqəm 2020-ci ildə 3% azalaraq 619,8 milyon gros tona bərabər olub.