Britaniya şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində işləri başa çatdırıb

226

Böyük Britaniyanın EXPRO şirkəti “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işləri başa çatdırıb.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, təkrar sertifikatlaşma üzrə əsas işlərdən sonra bir müddət əvvəl “Şahdəniz-2” çərçivəsində fəaliyyət bərpa olunub və həmin işlər uğurla başa çatdırılıb.

Qeyd edək ki, EXPRO Xəzər regionunda 2007-ci ildən fəaliyyət göstərir. 2014-cü ildən şirkət “Şahdəniz-2” layihəsi çərçivəsində işlərə başlayıb.