Baş direktor: “Bakı Limanının inkişafının ikinci mərhələsindən danışmaq hələ tezdir”

246

Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanın inkişafının ikinci mərhələlisinin başlanılması tarixi yaxın beş ilə müəyyənləşəcək.

“APA-Economics”in məlumatına görə, bu barədə Polşanın “Intermodal news” logistika sahəsi üzrə ixtisaslaşmış xəbər portalına Limanın baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, hazırda Limanın illik ötürmə (yükaşırma) qabiliyyəti 15 mln. ton təşkil edir (həmçinin 100 min TEU konteynerlər), bu da müəssisənin inkişafının birinci mərhələsində nəzərdə tutulan göstəricidir. İkinci mərhələ çərçivəsində bu göstəricinin 25 mln. tona (həmçinin 500 min TEU konteyner) çatdırılması planlaşdırılır.

“Hər şeyə praqmatik və sistematik baxmaq lazımdır. Əvvəlcə birinci mərhələnin maksimum səviyyəsinə çatmalıyıq. Planlaşdırılan 15 mln. tona yaxınlaşdığımızda, ikinci mərhələyə başlamaq mümkün olacaq. Düşünürəm ki, beş ilə daha dəqiq bir tarix təyin edə biləcəyik. İndi bu barədə danışmaq hələ tezdir”, – T. Ziyadov qeyd edib.

O həmçinin bildirib ki, ötən ilin nəticələrinə görə, Liman 5 mln. ton yük aşırıb.

Xatırladaq ki, Bakı Limanı Ələtdə (Bakıdan 70 km cənubda yerləşən qəsəbə), iki əsas nəqliyyat dəhlizinin – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir və regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb.