Bu il dəniz nəqliyyatı ilə 55,6 min ton yük daşınıb

279

Cari ilin yanvar-fevral aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 55,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 82,4 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ayda dəniz nəqliyyatı ilə ixrac olunan 8,8 min ton yükün dəyəri 4,8 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 46,7 min tondan çox, dəyəri isə 77,6 milyon dollar olub.