“Century Highway Green” – yeni nəsil avtomobil daşıyan gəmi

533

“K-Line” şirkəti martın 12-də “Century Highway Green” adlı yeni nəsil avtomobil daşıyan gəmini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki, Yaponiyanın “Tadotsu Shipyard Co.Ltd” gəmiqayırma zavodunda inşa edilən gəmi LNG ilə çalışır.

Müasir ekoloji avadanlıqlarla təchiz edilmiş yeni gəminin tullantıları köhnə gəmilərə nisbətən dəfələrlə aşağı olacaq.

“Century Highway Green” gəmisinin uzunluğu 199.98, eni 37.2 metr, avtomobil tutumu isə 7080 ədədə bərabərdir.