İki ayda dəmir yolu ilə 818,4 milyon ton yük daşınıb

282

Yanvar-fevral aylarında dəmir yolu nəqliyyatı ilə 818,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 347 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 327,4 min ton yükün dəyəri 90,8 milyon dollar təşkil edib.

Hesabat dövründə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 490,9 min ton, dəyəri isə 256,2 milyon dollar olub.