Norveç sahillərində qəzaya uğramış gəminin göyərtəsindən qayıq aşıb

333

Norveç sahillərində fırtınaya düşən “Eemslift Hendrika” gəmisinin göyərtəsindəki qayıq dənizə aşıb.

“Seanews.az” xəbər verir ki, bu hadisə gəminin dayanıqlığına müsbət təsir göstərib. 

Hazırda gəmi Norveç sahillərindən 40 mil aralıda özbaşına üzür. Bölgədə bir neçə gün əvvəl başlamış fırtına isə sakitləşmək üzrədir.

Aprelin 5-də güclü fırtınaya düşən gəmi heyəti həyəcan siqnalı verib. Heyət üzvləri hadisə yerinə gələn helikopter vasitəsilə təxliyə edilib.