Oxot dənizində balıqçı gəmisi yanıb

324

Oxot dənizində balıqçı gəmisi yanıb.

“Seanews.az” “Ria Novosti” yə istinadən xəbər verir ki, 80 nəfərdən çox adamın olduğu gəmidə zərərçəkən yoxdur.

Dəniz və çay nəqliyyatı Federal Agentliyindən bildirilib  ki, Balıqçılıq üzrə Rusiya Federal Agentliyinin “Spravedlivıy” xilasetmə gəmisi yanan gəmiyə kömək etmək üçün ona yaxınlaşıb. İlkin məlumatlara görə, gəminin batma təhlükəsi yoxdur. 

Gəmi Naxodka limanında qeydiyyatdadır.