ASCO müxtəlif sənaye və sürtgü yağlarının satınalınması məqsədi ilə açıq müsabiqə elan edir

255

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan gəmilər üçün tələb olunan müxtəlif sənaye və sürtgü yağları satınalınması məqsədi ilə açıq müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 2021-ci il Aprelin 19-u saat 17:00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.Ünvan: Bakı, Neftçilər prospekti 2, Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263.  Yüklə

Mənbə:https://www.asco.az/