Cibuti sahillərində qaçqınların olduğu gəmi batıb, 34 nəfər ölüb

207

Afrikanın şərqində, Cibuti sahillərində qeyri-leqal miqrantların olduğu gəminin qəzaya uğraması nəticəsində 34 nəfər həlak olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndəsi Məhəmməd Abdiker bildirib ki, gəmi insan alverçilərinə məxsus olub.

Cibutinin sahilləri miqrantların Yəmənə, sonra isə Yaxın Şərq ölkələrinə göndərilməsi məqsədi ilə istifadə olunur.