Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı 55 miqrantı xilas edib

208

Egey dənizinin Günəş adası ətrafında 55 qeyri-qanuni miqrantın tərk edilməsi barədə məlumat alan Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının əməkdaşları həmin əraziyə gediblər.

“Report”un Türkiyə bürosu xəbər verir ki, qaçqınlar Midilli adasına getmək istəyərkən Yunanıstan Sahil Mühafizə Komandası tərəfindən qovularaq, Türkiyə ərazi sularına göndəriliblər. Türkiyə Sahil Təhlükəsizlik komandası tərəfindən xilas edilən qeyri-qanuni miqrantlar Cunda adasındaki Sahil Mühafizə Komandanlığı mərkəzinə gətirilərək zəruri qida məhsulları, geyim və tibbi ləvazimatlarla təmin ediliblər.