ASCO ailəsinin üzvü Vəli Mustafayev 60 illik yubileyini qeyd edir

515

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Donanmanın texniki-istismar departamentinin aparıcı mühəndisi Vəli Mustafayev 60 yaşını qeyd edir.

Bu münasibətlə ASCO sədri Rauf Vəliyevin adından Texniki direktor Nurməhəmməd Talıbov yubiliyarı təbrik edib, ona uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Vəli Mustafayev 17 aprel 1961-ci ildə Xaçmaz rayonunda anadan olub. Odessa Dəniz Donanması Mühəndisləri İnstitunu gəmi-maşın və mexanizmləri/mühəndis-mexanik ixtisası üzrə bitirib. 10 ildən çoxdur ki, dənizçilik sahəsində fəaliyyət göstərir.

ASCO ailəsi adından bir daha Vəli Mustafayevi  təbrik edir, mənalı ömür, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

seanews.az