Rostov limanında iritutumlu taxıl terminalı inşa edilib

216

Rostov limanında ildə 1 milyon tona qədər yük daşıya bilən taxıl terminalı inşa edilib.

“Seanews.az” xəbər verir ki, yeni terminal saatda 800 ton taxıl daşıya bilir.

Terminalın tutumunun artırılması məüsədilə həyata keçirilən modernləşdirmə işlərinin birinci mərhələsinin cari ilin iyulunda tamamlanması planlaşdırılır. Bu da gündəlik emal sürətini gün ərzində 110 vaqondan 200 vaqona çatdıracaq. Yeni terminalın tam modernləşməsi prosesi 2022-ci ilin ikinci rübündə yekunlaşacaq.  

Taxıl terminalının inşası 1.8 milyard rubla başa gəlib.