Təkrar gəmi bazarında kəskin qiymət artımı müşahidə olunur

649

Təkrar gəmi bazarında 1 trilyon dollara qədər qiymət artımı nəzərə çarpır. Ötən ilin sentyabrından bugünədək işlənmiş gəmilərin qiyməti 33% artaraq son yeddi ilin ən yüksək həddinə çatıb. 

“Seanews.az” Clarkson Research” araşdırma cəmiyyətinə istinadən xəbər verir ki, qiymət artımı əsasən konteyner gəmilərində müşahidə edilir.

Qlobal yük daşımalarının həcminin artması səbəbindən işlənmiş konteyner gəmilərinin qiyməti ötən ilə nisbətən 47% artıb.  Məsələn, 2011-ci ildə istehsal edilmiş, tutumu 6.6 min TEU olan konteyner gəmisinin qiyməti 29 milyondan 50 milyon dollara yüksəlib. Eyni ilin istehsalı olan və tutumu 4.5 min TEU-luq digər bir konteyner gəmisinin qiyməti isə 25.5 milyondan 35 milyon dollara çatıb.  

Qiymət artımı quru yük gəmilərindən də yan keçməyib. Ötən ilə nisbətən bu tip gəmilərin qiymətində orta hesabla 31% bahalaşma müşahidə olunur. 2011-ci ildə istehsal edilmiş quru yük gəmisinin qiyməti 40% artaraq 14.5 milyon dollara çatıb.

Araşdırma cəmiyyətinin proqnozlarına görə, quru yük gəmilərinin qiymət artımı davam edəcək.