ASCO yeni açıq müsabiqə elan edib

274

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti“Prezident H.Əliyev” və “Şuşa”  gəmilərinin “Gövdə və mexanizmlərinin ” Sığorta xidmətlərinin satınalınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il aprelin 29-u saat 18:00-dəkdir.

          Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki

tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

          Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

                                        Ünvan: Bakı, Neftçilər prospekti 2

                               Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1132. YÜKLƏ