ASCO-da koronavirusla mübarizə tədbirləri davam etdirilir

291

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Hövsan-5”, “Xəzər-1”, “Bulaq-2”, “Ədalət Gülməmmədov”, “MPK-460”, “Balakən”, “General Əsədov”, “Mərdəkan”, “PSK-33”, “MPK-474”, “PSK-40”, “PSK-38”, “PSK-51”, “MPK-455”, “Qaradağ-10”, “Professor Gül”, “Üzən Kopyor-315”, “Qaradağ-11”, “PS-153”, “Şirvan-3” gəmilərində, eyni zamanda Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, anbarlarında, paltardəyişmə yerlərində, yeməkxanasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə yerlərində və yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

seanews.az