Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb

238

Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə fevralda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatlarının dəyəri 1 milyard 623,9 milyon ABŞ dolları, fevralda isə 1 milyard 163,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, birinci rübdə ölkədə ixracın dəyəri 4 milyard 137,8 milyon dollar olub.