Yeni ekoloji gəmi inşa ediləcək

323

“Höegh Autoliners” və “Xiamen Shipbuilding Industry”  arasında 9100 avtomobil daşıma qabiliyyətinə malik gəminin inşasına dair yeni memorandum imzalanıb. 

“Seanews.az” xəbər verir ki, müasir ekoloji avadanlıqlarla təchiz ediləcək gəmi 2023-cü ildə istismara veriləcək.

Üzən vasitə çoxyanacaqlı “MAN” mühərriki ilə təchiz olunacaq. “MAN” mühərriki ənənəvi yanacaqla yanaşı, LNG və müxtəlif tip bioyanacaqlarla da çalışa biləcək.

Yeni gəminin tullantıları əhəmiyyətli dərəcədə azaldacağı bildirilir. 2040-cı ilə qədər isə bu göstəricinin sıfıra endirilməsi planlaşdırılır.