İndoneziyada ölən 53 dənizçinin son görüntüləri: “Əlvida” deyərək mahnı oxudular – VİDEO

264

Dünən Bali adası yaxınlığında qalıqlarını tapılan İndoneziyanın “Nanggala” sualtı qayığının 53 nəfər heyət üzvünün son görüntüləri yayılıb.

“Haber Global”ın məlumatına görə, ölkənin Müdafiə Nazirliyindən yayılan videoda dənizçilərin “Sampai Jumpa” (Əlvida) adlı mahnını oxuması əks olunub.

Onun bir neçə həftə öncə çəkildiyi bildirilib və gəmi heyətinin son görüntüləri olduğu vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə itkin düşmüş sualtı qayığın bütün heyət üzvləri ölmüş hesab edilib.